BDU-da “Valideyn-övlad münasibətləri” mövzusunda təlimlər keçiriləcək
Bakı Dövlət Universitetinin Psixoloji yardım sektoru tələbələr və universitet əməkdaşları üçün “Valideyn-övlad münasibətləri” mövzusunda təlimlər keçirəcək.
Təlim valideynlərlə övladlar arasında olan konfliktli münasibətlər və onların aradan qaldırılması yollarını əhatə edəcək.
İlk təlimin fevralın 22-də keçirilməsi nəzərdə tutulub. Təlimlər fevralın 25-də başa çatacaq.
Təlimlərdə iştirak etmək üçün son müraciət tarixi fevralın 21-idir.
Psixoloji yardım sektoru ilə əlaqə tel.: (+99477)304 24 48
Sektorun instagram hesabı: pys__bdu.