BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü keçirilib. Layihənin budəfəki qonağı Milli Məclisin üzvü, BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olub.
“Müstəqil Azərbaycan dövlətinin qurucusu - Heydər Əliyev” mövzusunda məruzə edən Anar İsgəndərov bildirib ki, Ulu Öndərin hakimiyyətə gəlişi ölkənin müstəqilliyinin möhkəmlənməsində, iqtisadi, siyasi və sosial sahələrdə böyük uğurların əldə edilməsində əsas amillərdən biri olub. Ümummilli Liderin milli dövlət quruculuğu siyasəti dünyanın mövcud reallıqları, təcrübəsi ilə yanaşı, milli–mənəvi dayaqlara və elmi potensiala əsaslanır.
Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlıq, siyasi sabitlik, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yaranıb, milli birlik təmin edilib, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlayıb.
Görüş tələbələrin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatıb.