BDU-da “Türk dünyasının aktual ədəbi problemləri” mövzusunda ustad dərsi
Martın 30-da Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Türkologiya kafedrasının təşəbbüsü ilə “Türk dünyasının aktual ədəbi problemləri” mövzusunda ustad dərsi keçirilib.
Movzu ilə bağlı məruzə edən Türkologiya kafedrasının professoru Ramiz Əskər türk ədəbi dünyagörüşünün inkişaf tarixi, türk dünyasının böyük ədəbi şəxsiyyətlərinin yaradıcılığı haqqında ətraflı məlumat verib.
Bildirib ki, ortaq imla və əlifba problemləri türk xalqları arasında həllini tapmamış müzakirə obyekti kimi hər zaman xüsusi aktuallıq kəsb edən məsələlərdən biridir. XX əsrin əvvəllərindən başlayaraq indiyədək bu problem bir zərurət kimi türkdilli xalqların hər birinin maraq dairəsində olub.
Ustad dərsi mövzu ilə bağlı müzakirə və çıxışlarla davam edib.