BDU-da "Tariximiz və dəyərlərimiz" layihəsi davam edir
Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Tariximiz və dəyərlərimiz" mövzusunda silsilə tədbirin növbəti qonağı Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov olub.
Tədbirdə İbrahim Zeynalov öz təhsil illərindən, elmi-pedaqoji fəaliyyəti fəaliyyətindən bəhs edib. Tələbəlik illərindən, gənclik illərindən və elm sahəsində qazandığı uğurlardan spz açan İbrahim müəllim gənclərə öz tövsiyələrini verib.
Daha sonra tələbələr tərəfindən hazırlanan videoçarx izlənilib.
İbrahim Zeynalov tələbələrin çoxsaylı suallarını cavablandırıb.