BDU-da “Şuşa ili” ilə əlaqədar Tədbirlər Planı qəbul edilib
Bakı Dövlət Universitetində (BDU) “Şuşa ili” ilə əlaqədar Tədbirlər Planı qəbul edilib.
Bu barədə BDU-nun Elmi Şurasında qərar qəbul olunub.
Bildirilib ki, bu ilin yanvarın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin “Şuşa ili” elan olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə martın 14-də Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev tərəfindən “Şuşa ili” ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq olunub. Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq hazırlanmış Şuşa ili ilə əlaqədar BDU-nun Tədbirlər Planında hər bir azərbaycanlının mənəvi məbədi olan Şuşa ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, Şuşanın tarixi, ədəbi mühiti, mədəniyyət abidələri və s. həsr olunmuş monoqrafiyaların nəşri, beynəlxalq elmi konfrans, seminar, dəyirmi masa, açıq dərslərin, Şuşanın dahiləri haqqında ustad dərslərinin, foto, rəsm müsabiqələri, ədəbiyyat festivalları, intellektual bilik yarışlarının keçirilməsi, BDU əməkdaş və tələbələrinin Şuşaya səfərlərinin təşkili və s. nəzərdə tutulur.