BDU-da “Sürünənlərin Darevskia cinsində partenogenez hadisəsi” adlı elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin nəzdində fəaliyyət göstərən “Təbiətin davamlı harmoniyası” klubunun üzvləri Hüseyn Qədirov və Amin Nurəliyevin “Sürünənlərin Darevskia cinsində partenogenez hadisəsi” mövzusunda seminarı keçirilib.
“Təbiətin davamlı harmoniyası” klubunun rəhbəri Əbülfəz Tağıyev qeyd edib ki, kərtənkələlərin Darevskia cinsinə aid nümayəndələri Qafqazın endem növləri olub, partenogenez (bu zaman yeni orqanizm mayalanmamış yumurta hüceyrədən inkişaf edir) yolu ilə çoxalır.
Daha sonra çıxışçılar mövzu ilə bağlı geniş məlumat veriblər. Bildirilib ki, Darevskia cinsində partenogenez tez-tez təsadüf edilən hibridləşmənin nadir və spesifik nəticəsidir. Bu da obliqat partenogenezin təbiətdə nadir hallarda rast gəlinməsinin əsas səbəbidir.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova təqdim edilmiş müasir elmi faktların əhəmiyyətini vurğulayıb, bu mövzuda araşdırmaların molekulyar səviyyədə davam etdirilməsini təklif edib.
Seminar müzakirələrlə davam edib.