BDU-da “Psixologiya klubu" yaradılıb
Bakı Dövlət Universitetinin Psixoloji yardım sektorunun nəzdində “Psixologiya klubu" yaradılıb.
Psixoloji yardım sektorunun əməkdaşı, “Psixologiya klubu"nun rəhbəri Natəvan Həsənzadə açılış tədbirində iştirakçılara klubun məqsəd və vəzifələri haqqında məlumat verib.
Qeyd edib ki, klubun yaradılmasında məqsəd gənclər arasında maarifləndirmə işləri aparmaq, müxtəlif psixoloji mövzuların müzakirəsini təşkil etməkdir.
Klub “Davranışın bioloji təməlləri: müayinə üsullarından seçmələr”, “İnsan inkişafı, sosial davranış, şəxsiyyət”, “Bədən dili və psixi pozuntular” kimi mövzularda seminar və mühazirələr keçirəcək. Klub üzvləri müxtəlif psixoloji tədqiqatlarla yaxından tanış olacaqlar. Onlara bu tədqiqatların ictimai həyatın aktual problemlərinə tətbiqi, psixologiyanın inkişaf tarixi və psixoloji cərəyanlar haqqında təlimlər keçirilməsi də nəzərdə tutulub.
"Psixologiya klubu"na Sosial elmlər və psixologiya fakültəsinin 1, 2 və 3-cü kurs tələbələri qoşula bilərlər.
Əlaqə : +994(77) 304 24 48 (“WhatsApp”)
pys__bdu (“Instagram”)