BDU-da “Onomastika bir elm sahəsi kimi” mövzusunda ustad dərsi keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının təşəbbüsü ilə 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində filologiya elmləri doktoru, dosent Reyhan Həbiblinin “Onomastika bir elm sahəsi kimi” mövzusunda ustad dərsi keçirilib.
Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Reyhan Həbibli məruzədə onomastikanın dilçilik sahəsi kimi mahiyyətindən, əsas xüsusiyyətlərindən, fənlərarası xarakterindən, xüsusi adların işlənmə qanunauyğunluqlarından söz açıb.
Ustad dərsi mövzu ilə bağlı müzakirə və çıxışlarla davam edib.
İştirakçılar məruzəçiyə suallar ünvanlayıblar. Çıxışlarda onomastikanın əsas obyekti olan xüsusi adların dilin lüğət tərkibində mövqeyindən bəhs edilib, bu vahidləri araşdırmağın vacibliyi diqqətə çatdırılıb.