BDU-da “I Milli Texnologiya Sərgisi” təşkil olunub
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə “I Milli Texnologiya Sərgisi” təşkil olunub.
27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş sərgidə BDU-nun gənc tədqiqatçıları və tələbələrinin hazırladıqları 12 innovasiya və texnologiya layihəsi nümayiş etdirilib.
Komandalar tərəfindən layihələrin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim olunub. Bundan başqa, triboelektrik nanogenerator, dezinfeksiya aparatı, məsafə sensorlu robot, “Spin coater” cihazı, miniatür soyuducu, ATM-lər üçün proqram təminatı layihələri sərgilənib.