BDU-da Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş
Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində BDU könüllülərinin təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin üzvləri ilə görüş keçirilib.
Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar təşkilatın yaranma tarixi və fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, təşkilat tərəfindən indiyə kimi onlarla kitab nəşr edilib, birlik müxtəlif türk ölkələrində keçirilən konfrans, simpozium və festivallarda Azərbaycanı uğurla təmsil edib.
Tədbirdə təşkilat tərəfindən ərsəyə gətirilən “Gəncliyin sözü” kitabı təqdim olunub. Topluda 55 gənc yazarın müxtəlif mövzularda əsərləri toplanıb. Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, gənc yazarlar - Ümid Nəccari, Elmin Nuri, Ulucay Akif və Nadir Yalçın çıxış edərək, “Gəncliyin sözü” kitabının məziyyətlərindən bəhs ediblər.
Görüşdə bədii qiraətçi Anar Adilin ifasında şeirlər səsləndirilib, həmçinin tələbələrin çoxsaylı sualları cavablandırılıb.