BDU-da bitki mənşəli melaninlərin elektrik keçiriciliyi araşdırılıb
Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunda növbəti onlayn seminar keçirilib.
Seminarda Kondensə olunmuş hal fizikası şöbəsinin aparıcı elmi işçisi Rafiq Bağırov “Bitki mənşəli melaninlərin metal ionları (Fe, Cu) ilə kompleks birləşmələrinin elektrik keçiriciliyi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi soya bitkisinin toxumlarının, qara üzüm, qara kəndəlaş, daş sarmaşığı və qara zeytun bitkilərinin meyvələrinin qabığından qələvi mühitdə ekstraksiya və turş mühitdə çökdürmə yolu ilə melanin piqmenti ayrılmasını qeyd edib.
Daha sonra Rafiq Bağırov iştirakçıların suallarını cavablandırıb, aparılan təcrübələrin xüsusiyyətlərini izah edib.