BDU-da “Azərbaycanlıların soyqırımının dünya mediasında işıqlandırılması” mövzusunda tədbir
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.
Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev 31 Mart soyqırımı haqqında iştirakçılara geniş məlumat verib.
Sonra BDU THİK sədri Hacıbaba Mustafayev erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdiyi soyqırım siyasəti haqqında danışıb, gənclərin informasiya müharibəsində daim bilikli və hazırlıqlı olmalarının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Vəfa İsgəndərova “Azərbaycanlıların soyqırımının dünya mediasında işıqlandırılması” mövzusunda təqdimatla çıxış edib. Vəfa İsgəndərova faciə ilə bağlı indiyədək xarici media orqanlarında dərc edilmiş materiallar və bu mövzuya müraciət edən müəlliflər barədə məlumat verib, informasiya savaşında diqqət yetirilməli məqamlarla bağlı fikirlərini tələbələrlə bölüşüb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.