BDU Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumunda təmsil olunub
Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumu keçirilib. Forumda təhsilin təşkili sahəsində qanunvericilikdə təkmilləşmənin aparılması, ali təhsil müəssisələrinə qəbulun elektronlaşdırılması, müvafiq proqramlar çərçivəsində əcnəbi tələbələrin ölkəmizdə təhsil almasının ali təhsilin beynəlmiləlləşməsinə verdiyi töhfələr və qurumlararası əməkdaşlığın genişləndirilməsi gündəliyin əsas mövzuları olub.
Bakı Dövlət Universitetinin (BDU) rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov beynəlxalq akkreditasiya və reytinqlərə dair təşkil olunan panel müzakirələrində çıxışçı qismində BDU-nu təmsil edib. Müvafiq istiqamətlər üzrə universitetdə görülmüş işlərə dair məlumat verdikdən sonra o, iştirakçıların suallarını cavablayıb.