BDU alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiri, professor Rövşən Əliyevin və həmin kafedranın professoru Fəda Rəhimovun həmmüəllifi olduqları “Markov təsadüfi dolaşmasının parabolik sərhədi ilk dəfə kəsməsi anı haqqında” (“On the first passage time of the parabolic boundary by the Markov random walk”) adlı məqalə “Web of science” bazasına daxil olan yüksək impakt faktorlu “Communication in Statistics-Theory and Methods” jurnalında çap olunub.
Məqalədə AR(1) avtoreqressiv prosesi ilə təsvir edilən həyəcanlanmış Markov təsadüfi dolaşmasının parabolik sərhədi ilk dəfə kəsməsi anları ailəsi üçün mərkəzi limit teoremi isbat edilib və bu anlar ailəsinin limit davranışı öyrənilib.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar: