BDU aliminin məqaləsi yüksək impakt faktorlu Q2 kateqoriyalı beynəlxalq jurnalda çap olunub
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində müəllifi olduğu məqalə çap olunub.
Məqalə “Journal of Mathematical Inequalities” adlı 1.219 yüksək impakt faktorlu “Clarivate Analytics” bazasında indekslənən Q2 kateqriyalı jurnalda dərc edilib.
“Bircins qruplarda hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev- Morri qiymətləndirmələri” adlı məqalədə bircins qruplarda bir sinif hipoelliptik operatorlar üçün ümumiləşmiş çəkili Sobolev-Morri qiymətləndirmələri bircins qruplarda Kalderon-Ziqmund operatorlarının və kəsr inteqral operatorunun doğurduğu subxətti operatorların ümumiləşmiş çəkili Morri fəzalarında məhdudluğunu göstərməklə alınıb. Baxılan subxətti operatorlar harmonik analizin bir çox operatorlarını, o cümlədən, bircins qruplarda təyin olunmuş Hardi-Littlvud və kəsr maksimal operatorları, Kalderon-Ziqmund sinqulyar inteqral operatorları, kəsr inteqral operatorları və s. özündə saxlayır.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür: