BDU alimi perovskit birləşmələrin kristal quruluşlarını tədqiq edib
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının müdiri, professor Rövşən Əliyevin həmmüəllifi olduğu “Perovskitlərdə struktur faza keçidinin ehtimal modeli” (Probabilistic model of structural phase transition in perovskites) adlı məqalə “Web of Science” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu (IF=1.668) “Modern Physics Letters B” jurnalında çap olunub.
Məqalədə təsadüfi proseslər nəzəriyyəsindən istifadə olunmaqla perovskit birləşmələrin kristal quruluşları və faza keçidləri tədqiq edilib. Qurulmuş ehtimal modelinə əsasən perovskitlərdə struktur faza keçidlərinin təsnifatı aparılıb, ən çox yayılmış kristal strukturları və struktur faza keçidləri göstərilib.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://www.worldscientific.com/doi/10.1142/S0217984921502110