Xalq artisti Nəzakət Teymurova və tələbələrinin BDU-da konserti
Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Nəzakət Teymurova və tələbələri Bakı Dövlət Universitetində (BDU) konsert proqramı ilə çıxış ediblər. Onları Konservatoriyanın baş müəllimi Arif Məhərrəmovun bədii rəhbərliyi ilə tələbələrdən ibarət “Haməhəng” xalq-çalğı alətləri orkestri müşayiət edib.
Azərbaycan Milli Konservatoriyasının prorektoru Malik Quliyev BDU kollektivini və tələbələrini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Xalq artisti Nəzakət Teymurovanın həyat və fəaliyyəti ilə bağlı məlumat verilib.
Daha sonra Xalq artisti və tələbələrinin ifasında sevilən xalq, bəstəkar mahnıları, muğamlardan parçalar səsləndirilib.