BDU-da “CV və rezüme hazırlığı” mövzusunda təlim
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin əməkdaşları Biologiya, Kimya, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri üçün “CV və rezüme hazırlığı” mövzusunda təlim təşkil edib.
Tədbirdə CV-nin mahiyyəti, rezüme ilə oxşar və fərqli cəhətləri izah olunub. Qeyd edilib ki, CV işaxtaran haqqında ilkin təəssürat yaradan, işaxtaranın karyera tarixçəsini və professional keyfiyyətlərini təsvir edən sənəddir. CV-nin tərtib edilməsi prinsiplərinin, quruluş və ardıcıllığının, mükəmməl yazı üslubunun öyrənilməsi hər bir tələbənin karyerasında uğurlu məqamdır. İşəgötürənin işaxtaranı müsahibə mərhələsinə dəvət etməsinə keçid məhz düzgün və səriştəli şəkildə tərtib edilmiş CV-dən asılıdır.
Tədbir zamanı CV-nin tərtibində yol verilən nöqsanlar, işaxtaran haqqında mənfi rəy yarada biləcək məqamlar, həmçinin onların aradan qaldırılması yolları da tələbələrin diqqətinə çatdırılıb.
Təlim zamanı tələbələrin sualları ətraflı cavablandırılıb.