Prezident təqaüdünə layiq görülmüş BDU tələbələri ilə görüş
Rektor tələbələri BDU tələbəsi adını qazanmaqları və qəbul imtahanlarında topladıqları yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb: “Prezident təqaüdünə layiq görülən 102 nəfərdən biri olmaq böyük qürurdur. Sizin bu adı şərəflə daşıyacağınıza və yaxşı təhsil alacağınıza əminəm”.
Rektor Elçin Babayev Universitetin məzunlarının ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, BDU-nun ən böyük məzununun Ümummilli liderimiz Heydər Əliyev olduğunu bildirib. O, tələbələrə tək tədrisdə deyil, BDU-nun sosial və ictimai həyatında da aktiv iştirak etməyi tövsiyə edib.