“Pillə 2” festivalında iştirak edən BDU tələbələri sertifikata layiq görülüblər
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin “Yarımçıq qalmış” tamaşası “Pillə 2” tələbə tamaşaları festivalında iştirak edib. Mədəniyyət-yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Orucoğlunun quruluşçu rejissorluğu, BDU tələbələrinin iştirakı ilə səhnələşdirilən tamaşa peşəkar teatrşünaslar, tənqidçilərin iştirakı və münsifliyi ilə qiymətləndirilib. Tamaşanı ifa edən tələbələr festivalda iştiraklarına görə sertifikatlarla təltif olunublar.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Pillə 2” tələbə tamaşaları festivalında iştirak etmiş tələbələrlə görüşüb, onları yaradıcılıq uğurları arzulayıb.