Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin professorunun BDU-da ustad dərsi
III Beynəlxalq Türk Dünyası Kommunikasiya (Media) və İncəsənət Simpoziumunun iştirakçısı, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin İnsan hüquqları və media kafedrasının müdiri, professor Nazire Taşpolatova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib.
Xarici ölkələrin jurnalistikası fənninin qonağı olan professor Özbəkistan jurnalistikası tarixi, ilk yaranan qəzet və jurnallar haqqında təqdimatla çıxış edib.
Görüşdə eyni zamanda Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Beynəlxalq jurnalistika fakültəsinin dekanı Shaxnoza Taylakova və Xarici dillər kafedrasının müdiri Gülsənəm Həsənova da iştirak ediblər.
Sonda qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar.