Nərə balığının Azərbaycana məxsusluğu elmi tədqiqatlarla sübuta yetiriləcək
Nərə balığının Azərbaycana məxsusluğu elmi tədqiqatlarla sübuta yetiriləcək. Bu, Bakı Dövlət Universiteti (BDU) və “LU-MUN HOLDİNG” arasında imzalanan əməkdaşlıq müqaviləsində nəzərdə tutulur.
Artıq bu məqsədlə BDU-nun Biologiya fakültəsində xüsusi qrup formalaşdırılıb. Nərəcinsli balıqlar dəniz suyu və şirin suda saxlanacaq, onlardakı kimyəvi və histoloji dəyişikliklər müşahidə olunacaq, genetik analizlər aparılacaq. Aparılan genetik analizlər nəticəsində Xəzər nərəsi pasportlaşdırılacaq və onun Azərbaycana məxsusluğu elmi tədqiqatlarla təsdiqlənəcək.