Məhəmməd Şərif: “BDU ilə ICESCO-nun əməkdaşlıq perspektivləri parlaqdır"
O qeyd edib ki, konfransda kimya elminin müxtəlif aspektlərinə və aktual problemlərinin həllinə dair məruzələr dinlənilir: “Konfrans çərçivəsində müxtəlif ölkələrdən olan alimlərlə təcrübə mübadiləsi aparılacaq. Hər şey möhtəşəmdir. Konfransın kimya elminin inkişafına böyük töhfələr verəcəyinə əminəm”.
Məhəmməd Şərif vurğulayıb ki, BDU ilə ICESCO arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq var. BDU-da elmi texnologiya əsaslı ICESCO-nun Biotibbi materiallar kafedrası fəaliyyət göstərir. Həmçinin, ICESCO-nun “Cihazqayırma və tərsinə mühəndisliyin əsasları” adlı beynəlxalq seminarı da BDU-da keçirilib. BDU ilə ICESCO-nun gələcək əməkdaşlıq perspektivləri də parlaqdır.