Mediasiya Şurasının əməkdaşları BDU tələbələri ilə görüşüb
Mediasiya Şurasının əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tələbələri ilə görüşüb.
Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Bakı Dövlət Universiteti arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Bakı 2 saylı mediasiya təşkilatının mediatorları Türkər Əliyeva, Gülnar Həsənova və Rəşadət Yolçuyev mediasiyanın rolu və faydaları barədə məlumat verib, tələbələrlə müxtəlif kazuslar müzakirə edib, onların suallarını cavablandırıblar.
Tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim olunub.