Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri, əməkdar jurnalist Natiq Məmmədlinin BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib.
Natiq Məmmədli II kurs tələbələrinə “İnternet medianın hüquqi tənzimlənməsi” mövzusunda ustad dərsi keçib. O, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda internet medianın hazırkı vəziyyəti, statusu, informasiya təhlükəsizliyi və sosial şəbəkələrdə hüquqi tənzimləmə məsələlərindən danışıb.
Natiq Məmmədli bildirib ki, onlayn platformalarda hüquqi tənzimlənmə vacibdir. İnternetin verdiyi azadlıq digər azadlıqları məhdudlaşdırmadığından onlayn platformada balansın əldə olunması üçün hüquqi tənzimlənmə mexanizmi işlənməlidir.
Dərs tələbələrin mövzu ilə əlaqədar suallarının cavablandırılması ilə başa çatıb.