Mədəniyyət naziri Anar Kərimov BDU-nun kitabxanaçılıq və informasiya fəaliyyəti üzrə məzunlarını işlə təmin edib
Anar Kərimov çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı məzunların işlə təmin edilməsinə görə Mədəniyyət naziri Anar Kərimova minnətdarlığını bildirib. Vurğulayıb ki, Azərbaycanda kitabxana sahəsinə diqqət və qayğının ənənələri var: “Ulu öndərimiz Heydər Əliyev hər zaman kitabxana işinə, kitabxanaçı əməyinə yüksək qiymət verib. Bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Bugünkü görüş məhz həmin ənənələrin davamıdır. İlk dəfədir ki, bizim fakültənin məzunlarının nazir səviyyəsində işə qəbulunun şahidi oluruq. Bu, həm də bizim üzərimizə məsuliyyət qoyur ki, daha peşəkar kadrlar hazırlayaq”.
Görüşdə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxış edərək işlə təmin edilən məzunlara uğurlar arzulayıblar.