Lefke Avropa Universitetinin dosentinin BDU-nun Filologiya fakültəsində elmi seminarı
Seminarı giriş sözü ilə açan Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Nazim Muradovun həyatı və fəaliyyəti haqqında məlumat verib, BDU-nun Filologiya fakültəsi ilə bağlılığından söz açıb.
Sonra söz məruzəçiyə verilib. O, XIX əsr türk və müsəlman dünyasının məşhur fikir adamlarından olan İsmayıl bəy Qaspıralının həyat və yaradıcılığı ilə mühüm məqamlara toxunub. Bildirib ki, türkçülük şüarı olan “dildə, fikirdə, işdə birlik” ideyasının reallaşmasına var qüvvəsi ilə çalışan İsmayıl bəy Qaspıralının bədii-publisistik yaradıcılığının və ictimai fəaliyyətinin ana xəttində milli idealların təbliği və tətbiqi dayanır. Məruzəçi həm də mütərəqqi fikirlərin həyata keçməsində böyük xidmətləri olan ziyalının yaradıcılığında qadınlara münasibətdən bəhs edib. Qeyd olunub ki, yazıçının roman və hekayələrində qadın problemi bədii yanaşmada öz həllini tapırdısa, onun publisistikasında bu məsələyə elmi-fəlsəfi və ictimai-siyasi münasibət bildirilir.
Sonra mövzu ətrafında çıxışlar edilib, məruzəçiyə suallar ünvanlanıb. Elmi seminar müzakirələrlə yekunlaşıb.