Koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı alim BDU-da elmi seminar keçirib
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin məzunu, AMEA-ın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri, professor Tərlan Məmmədov tərəfindən “Vaksin və terapevtik proteinlerin işlənib hazirlanmasi: malyariya, qarayara, quduzluq və COVID-19-a qarşı bitki əsaslı vaksin və terapevtik proteinlerin preklinik tədqiqatlari” mövzusunda elmi seminar keçirilib.
Professor Tərlan Məmmədov iştirakçılara son illərdə geniş yayılmış COVİD-19 virusuna qarşı və digər vaksinlər haqqında ətraflı məlumat verib. Bildirib ki, onun rəhbərliyi ilə komandası tərəfindən hazırlanmış vaksin COVİD-19 virusunun bütün variantlarına qarşı effektlidir. Tərlan Məmmədov artıq bir neçə önəmli vaksinin, o cümlədən qarayara, malyariya və quduzluq kimi xəstəliklərə qarşı vaksinlərin hazırlanması ilə əlaqədar preklinik tədqiqatların başa çatdığını və insanlar üzərində sınaqlardan keçmə mərhələsində olduğunu deyib.
Seminarın sonunda məruzəçi tələbələrin suallarını cavablandırıb.