Elm və təhsil naziri BDU-nun Qazax filialında olub
Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında olub.
Nazir filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, professor-müəllim heyəti ilə görüşüb.
Filialın direktoru Arif Rüstəmov elm və təhsil nazirinə filialda tədris prosesi, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi sahəsində görülən işlər barədə məlumat verib, qarşıya qoyulan vəzifələrdən danışıb.
Elm və təhsil naziri Emin Əmrullayev BDU-nun Qazax filialının kollektivinə öz tövsiyələrini verib, uğurlar arzulayıb.