Biomüxtəliflik üzrə Qlobal Informasiya Sisteminin əməkdaşı BDU-da təlim keçib
GBIF planetin istənilən nöqtəsindən olan istənilən istifadəçiyə internet şəbəkəsi vasitəsilə Yer kürəsində yayılan bitki və heyvan növləri barədə informasiyaya giriş əldə eməyə imkan verir. Andrey Rodriqes qeyd edib ki, iştirakçı olan dövlətlər GBIF-də milli portala, proqram koduna və məlumatlara malikdirlər. Sistemin məqsədlərindən biri də biomüxtəliflik barədə informasiyaya sərbəst girişin təmin edilməsi üçün vacib olan məlumat, bacarıq və texnologiyaları mobilləşdirməkdən ibarətdir.
Təlimin sonunda Andrey Rodriqes portaldan istifadə üçün tələbələrlə sınaq keçirib.