BDU və Tərtər Rayon İcra Hakimiyyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirəcək
Aprelin 7-də Bakı Dövlət Universitetinin (BDU) və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər rayonunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçiriləcək.
Konfransdan əvvəl Tərtər şəhəri 1 və 6 nömrəli, Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəblərdə BDU-nun professor, müəllim heyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş mühazirələr deyiləcək. Ümummilli Liderin Tərtər şəhərindəki abidəsi, Şəhidlər xiyabanı ziyarət ediləcək, Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçiriləcək. Daha sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans işinə başlayacaq.
Konfransdan sonra Tərtər Gənclər Evində rayon gəncləri ilə görüş olacaq.