BDU və Çexiyanın Karlova Universitetinin alimləri birgə tədqiqatlar aparacaqlar
Çexiyanın Karlova Universitetinin Zoologiya departamentinin professorları Miroslav Svatora, Daniel Frinta, Vera Opatova “Erasmus” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində olublar.
Onlar Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Zoologiya və fiziologiya kafedrasının müdiri Əbülfəz Tağıyev, fakültənin bir qrup professor-müəllim heyəti ilə görüşərək birgə tədqiqatların davam etdirilməsi üzrə müzakirələr aparıblar.
Qonaqlar Lənkərançay, Viləşçay, Ataçay, Qumbaşı çaylarında ixtioloji tədqiqatlar aparacaqlar. Ərazinin ixtiofaunasının növ tərkibi öyrəniləcək, populyasiya səviyyəsində genetik analizlər müqayisəli təhlil ediləcək.