BDU və “ARB 24"ün birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramına start verilib
Bakı Dövlət Universiteti (BDU) və “ARB 24" telekanalının birgə layihəsi olan növbəti “NewsLab” təlim proqramına start verilib.
Təlimin ilk günü telekanalın direktoru Radik İsmayılov tələbələrə xəbərin operativ təqdim olunması zamanı jurnalistlərin yol verə biləcəyi yanlışlıqlardan danışıb. O, təcrübələrini bölüşərək çətin situasiyalarda məlumatın dəqiqləşdirilməsi üçün hansı vacib addımların atılmalı olduğunu izah edib.
3 ay davam edəcək məşğələlərə müsahibə mərhələsindən keçən 10 tələbə cəlb olunub.
İndiyədək keçirilən iki təlim proqramı zamanı 12 tələbə "ARB 24"də işlə təmin olunub. Layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir. Proqramı uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunur və iştirakçıların ən azı yarısı əmək müqaviləsi ilə rəsmi şəkildə işə götürülür.