BDU THİK-in hazırladığı “Xocalı - insanlığa qarşı cinayət” sənədli filmi “Park Cinema”da nümayiş olunacaq
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanan “Xocalı – insanlığa qarşı cinayət” (“Khojaly - crime against humanity") sənədli filmi fevralın 26-da “Park Cinema”da nümayiş olunacaq. Bu barədə BDU THİK və "Park Cinema" şəbəkələrinin nümayəndələri arasında görüşdə bildirilib. BDU THİK sədri Hacıbaba Mustafayev "Park Cinema" şəbəkələrinin dəstəyi ilə fəaliyyət göstərən “RERH Cinema Klub” haqqında məlumat verib. Qeyd edib ki, “RERH Cinema Klub” layihəsinin əsas məqsədi tələbələrin film sektoruna və yerli filmlərə maraqlarının artırılmasından ibarətdir.
Daha sonra “Park Cinema”nın Marketinq departamentinin rəhbəri Üzeyir Abdullayev, PR meneceri Səbinə Bağırova, “RERH Cinema Klub”un təsisçiləri Rəvan Əliyev və Emil Bağırzadə kinoteatrlar şəbəkəsinin fəaliyyəti, strukturu ilə tələbələri tanış edib, sualları cavablandırıblar.