BDU tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşasının premyerası
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Universitet tələbələrinin ifasında “Yarımçıq qalmış...” tamaşasının premyerası baş tutub.
Tamaşa şanlı Aprel döyüşlərinin 7-ci ildönümünə və şəhidlərimizin əziz xatirəsinə ithaf olunub.
Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə hazırlanan tamaşada Universitetin müxtəlif fakültələrinin istedadlı tələbələri şəhid olmuş qəhrəman oğullarımızın, onların ailə üzvlərinin obrazlarını məharətlə yaradıblar. Əsərin müəllifi Yefim Abramov, şeirlərin müəllifi Leyla Bəyimdir.
Premyerada iştirak edən BDU-nun rektoru Elçin Babayev tamaşanın yaradıcı heyətini təbrik edib, uğurlar arzulayıb.