BDU tələbələri üçün “workshop”: “Professional CV necə hazırlanır?”
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla əlaqə sektoru Geologiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin tələbələri üçün “Professional CV necə hazırlanır?” mövzusunda “workshop” keçirib.
Tədbirdə işəgötürənlə ilk tanışlığın uğurlu alınmasında yaxşı tərtib olunmuş CV-nin rolu izah olunub. Bildirilib ki, CV karyera tarixçəsini və işaxtaranın professional keyfiyyətlərini qısa şəkildə təsvir edən bir sənəddir. Ona görə də CV-nin tərtib edilməsi prinsipləri, quruluşu və ardıcıllığı, mükəmməl yazı üslubu, bir sözlə, uğurlu CV-nin hazırlanması üsullarının öyrənilməsi hər bir tələbənin karyerası üçün əsas məqamdır. Tələbələr CV-nin hazırlanması zamanı yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında da məlumatlandırılıblar.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, tələbələr üçün yarışmalar keçirilib.