BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü keçirilib.
Görüş zamanı tələbələrə İdarənin strukturu, vəzifə bölgüsü və istintaq orqanları ilə əlaqələr barəsində ətraflı məlumat verilib.
Tələbələr inzibati bina ilə yaxından tanış olublar. Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində cinayətlərin üstünü açmaq üçün istifadə olunan texnikalar, kriminalistik çantalar və digər avadanlıqlar tələbələrə əyani şəkildə göstərilib, onlar haqqında ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.