BDU tələbələri üçün “Biznes transformasiya və “Agile” fəlsəfəsi” mövzusunda infosessiya
“Paşa Həyat Sığorta” şirkəti Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Biznes transformasiya və “Agile” fəlsəfəsi” mövzusunda infosessiya keçib.
Tədbirdə BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun fəaliyyəti haqqında iştrakçılara məlumat verilib.
Təlimçi Qismət Babayev əvvəlcə biznes transformasiya və layihələrin “Agile” idarəetməsinin mahiyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Agile” bazarda baş verən bütün dəyişikliklərə, müştərilərin ehtiyaclarına, məhsullara olan tələblərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Əmək bazarında bu sahəyə olan tələb hər keçən gün daha da artır. Daha sonra layihələrin “Agile” idarəetməsi ilə ənənəvi idarəetməsinin oxşar və fərqli cəhətlərini izah edib.
İnfosessiyada iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.