BDU tələbələri üçün "Asılı deyiləm - güclüyəm" adlı təlim
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün "Asılı deyiləm-güclüyəm" adlı təlim keçirib.
Təlimdə tələbələrə asılılığın psixoloji məqamları, növləri, yaranma səbəbləri izah edilib. Texnologiya, zərərli vərdiş asılılığı, sosial medianın fayda və zərərləri, aqressiya yaradan oyunların alt səbəbləri haqqında müzakirə aparılıb. Asılı insanlar haqqında doğru bilinən yalnışlar və risk faktorları ilə bağlı tələbələrin fikirləri dinlənilib.
Sonra texnologiya asılığı haqqında videoçarx izlənilib. Təlim iştirakçıları texnologiya aludəçiliyi haqqında yazılı testlərdən keçdilər. Onların testlərinin cavabları yoxlanılaraq müzakirə olunub.
Qeyd edək ki, Psixoloji yardım sektorunun "Oxu klubu" adlı digər layihəsi də hər həftənin bazar ertəsi günü saat 14:00-da öz fəaliyyətini davam etdirir.
Yeni qatılmaq istəyən tələbələr üçün əlaqə nömrəsi: +994 (77) 304 24 48.