BDU tələbələri Təhsil Tələbə Krediti Fondunun fəaliyyəti barədə məlumatlandırılıb
Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbələri ilə görüşüblər.
Görüşdə Fondun nümayəndəsi Ağca Məmmədova təqdimatla çıxış edib. O, tələbələrə Fondun fəaliyyəti və təhsil tələbə kreditinin verilməsi qaydaları barədə ətraflı məlumat verib. Bu layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını vurğulayıb, tələbələri dövlətin yaratdığı imkandan yararlanmağa çağırıb.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, TTFK-nin əsas missiyası təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılmasıdır.