BDU tələbələri Şuşada fauna və floraya baxış keçirib, təqdimat hazırlayıblar
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının bir qrup üzvü Şuşa şəhərinə səfər edib.
Səfər zamanı tələbələr Şuşanın flora və faunasını yaxından müşahidə edərək, materiallar toplayıb, fotoşəkillər çəkiblər. Onlar ərazidə müxtəlif kol cinsləri, fındıq, alça, göyəm, əzgil, itburnu, ağcaqayın, Şərq fıstığı, Qafqaz vələsi, İberiya palıdı bitkilərindən nümunələr götürüblər. Səfər müddətində əldə edilmiş məlumatlara və ədəbiyyat materiallarına əsasən, Şuşanın fauna və florasının erməni işğalından əvvəlki və sonrakı vəziyyəti müqayisəli təhlil edilməklə təqdimat hazırlanıb.
Məruzəçilər təqdimatda ermənilərin Qarabağda törətdikləri ekoterrora dair fotoları da yerləşdiriblər.