BDU tələbələri Səfəvilərin dövlətçilik tariximizdəki rolunu araşdırıblar
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Səfəvilərin dövlətçilik tariximizdə rolu” adlı elmi seminar keçirilib.
Seminarda 4 məruzə dinlənilib. Fakültənin TEC rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova Azərbaycanın dövlətçilik tarixi, Səfəvilər dövlətinin önəmli rolu barədə məlumat verib.
Fakültənin III kurs tələbələrindən Eynulla Eynullayev “Şah I Abbas və onun həyata keçirdiyi islahatlar”, Tural Qafarov “Səfəvilərin əzəmətinin sonuncu səhifəsi - Şah II Abbas”, Murad Böyükxanov “Səfəvilər dövründə mədəniyyət” adlı məruzələrində Azərbaycan tarixinin ən qüdrətli dövlətlərindən olan Səfəvilərin xarici, daxili siyasəti, mədəni-ictimai mühiti, həmin dövrdə aparılan islahatlarla bağlı məlumatları diqqətə çatdırıblar.
Seminarın sonunda Tarix fakültəsinin magistri Anar Can Kıtay “Azərbaycan tarixi terminologiyasında dövlətin adlandırma məsələsi” adlı məruzə edib.