BDU tələbələri kimya profilli elmi-tədqiqat institutlarında tədris-istehsalat təcrübəsində
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri institutlarında tədris-istehsalat təcrübəsi keçirlər. Tələbələr mayın sonuna qədər bu institutlarda müasir kimyanın aktual problemləri, yağlar, soyuducu mayelər, sürtkü materialları, neft kimyası, filiz xammalı, nanotədqiqatlar, biomimetik sensorlar, katalizatorlar, tətbiq əhəmiyyətli yeni materiallar ilə bağlı təcrübi biliklər toplayacaqlar. Kimya profilli elmi-tədqiqat institutları ilə əlaqələrin qurulması və tələbələrin bu işdə aktiv iştirakı ölkəmizdə, eləcə də BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində atılan uğurlu addımlardan biridir.