BDU tələbələri insan resursları strategiyası barədə məlumatlandırılıb
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı, “Hazel” və “Big education” şirkətlərinin tərəfdaşlığı ilə insan resursları sahəsində ixtisaslaşmış “Talent Staff and Business Solutions” şirkətinin rəhbəri Sevda Quliyeva və Milli Məclisin deputatı Naqif Həmzəyevin iştirakı ilə “Gənclərin inkişafı və karyera“ mövzusunda tələbələrlə görüş keçirilib.
Görüşdə tələbələrin seçdiyi ixtisasdan asılı olaraq düzgün peşə seçimi, işə qəbul zamanı diqqət yetirilməli nüanslar, müsahibənin etik qaydaları, karyera planlaması, şirkətlərin insan resursları siyasəti, strategiyası barədə bilik və təcrübələr tələbələrlə bölüşülüb. Şirkətin rəhbəri Sevda Quliyeva və millət vəkili Nagif Həmzəyev çıxışlarında son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında təhsil, gənclərin inkişafı sahələrində həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışıblar.
Daha sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.