BDU tələbələri Geologiya və Geofizika İnstitutunda “Açıq qapı” günündə
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin bir qrup tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda keçirilmiş “Açıq qapı” günündə iştirak edib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev tələbələrə bu elm ocağının tarixi, strukturu, elmi fəaliyyət istiqamətləri, eyni zamanda Şuranın fəaliyyəti ilə bağlı məlumat verib.
Daha sonra tələbələr institutun laboratoriyaları, şöbələri, cihaz və aparatların işləmə prinsipləri ilə tanış olublar. Tələbələrin iştirakı ilə laboratoriya əməkdaşları tərəfindən bir neçə nümunənin analizləri aparılıb.
Sonda tələbələrə institutun Geoloji-mineraloji muzeyindəki suxur və mineralların xüsusiyyətləri barədə məlumat verilib.