BDU-nun Tələbə Gənclər Təşkilatının “Qələbəyə gedən 44 gün” adlı tədbiri keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı tərəfindən “Qələbəyə gedən 44 gün” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov sentyabrın 27-də başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğunu, Lider-Xalq-Ordu birliyinin qələbəmizin əsasını təşkil etdiyini vurğulayıb. Bildirib ki, Vətən müharibəsində şanlı Zəfərdən sonra bu il sentyabrın 19-da Ordumuzun 24 saatlıq antiterror əməliyyatı nəticəsində erməni seperatizmi tamamilə məhv edildi, suverenliyimiz bərpa olundu. Daha sonra Ramin Səmədov Vətən müharibəsində Universitetin tələbə və məzunlarının rolunu diqqətə çatdırıb, şəhid ailələri və qazilərə göstərilən dəstəkdən bəhs edib.
Tədbir tələbələrin hazırladığı ədəbi-bədii hissə ilə davam edib.