BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Beynəlxalq Ayın Müşahidə Gecəsi” keçirilib
Daha sonra “Kosmos həftəsi” tədbirləri çərçivəsində TETYM və Astrofizika kafedrasının birgə təşkil etdiyi Astronomiya elminə aid “Təxmin Et” yarışması keçirilib. Müxtəlif fakültələrdən olan 16 nəfər tələbənin qatıldığı yarışmada maksimal balı toplayan ilk 5 tələbəyə hədiyyələr verilib. Sonda bütün tədbir iştirakçısı olan tələbələrə NASA tərəfindən hazırlanmış sertifikatlar təqdim edilib. Sosial platformlarda onlayn yayımlanan tədbirin materialları, tədbirdə çəkilmiş Ayın yüksək ayırdetməli fotoları NASA rəsmilərinə təqdim edilib.
Qeyd edək ki, “Beynəlxalq Ayın Müşahidə Gecəsi” NASA tərəfindən 2009-cu ildən etibarən hər il təşkil olunur. Sentyabrın 26-da BDU-da təşkil olunmuş Yupiter və Saturnun müşahidəsi tədbirinin materiallarını NASA ilə paylaşmaqla Universitet NASA-nın Azərbaycandakı rəsmi müşahidə nöqtəsi olan ilk ali təhsil müəssisəsi olub. NASA-nın hazırda dünya üzrə 4125 müşahidə nöqtəsi mövcuddur.