BDU-nun SABAH tələbələri kibertəhlükəsizliklə bağlı təlim keçiblər
Kiber Təhlükəsizlik Platforması və Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının II, III, IV kurs tələbələrinə təlim keçirilib.
İki gün davam edən təlim ərzində SABAH tələbələrinə kibertəhlükəsizliyin təməlləri, tətbiqi hücum-müdafiə bacarıqlarının təkmilləşdirilməsi və bu sahədə gələcək karyera inkişafı ilə bağlı önəmli məlumatlar verilib. İştirakçılar həmçinin kiber təhdidlərin yaranma səbəbləri barədə məlumatlandırılıblar.
Kiber Təhlükəsizlik Platforması tərəfindən təlim proqramları davam edəcək.