BDU-nun SABAH qruplarının tələbələrinin Qobustan palçıq vulkanlarına infosessiyası
Bakı Dövlət Universitetinin (BDU) SABAH Mərkəzi tərəfindən SABAH qruplarının Coğrafiya müəllimliyi ixtisasının tələbələri üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna və Çeyildağ palçıq vulkanına infosessiya təşkil olunub.
Fiziki coğrafiya kafedrasının müəllimləri Rəşad Sədullayev və Aruz Mikayılovun rəhbərliyi ilə baş tutan infosessiya zamanı tələbələrə palçıq vulkanizmi və onun geoturizm potensialı barədə ətraflı məlumat verilib.
Tələbələr palçıq vulkanları üzərində morfometrik ölçmə işləri aparıb, püskürülən palçığın neft və qaz maddələri ilə əlaqəsini təhlil ediblər. Eyni zamanda əraziyə xas olan gilli suxur və yarımsəhra bitkilərindən nümunələr götürüblər.
İnfosessiyanın məqsədi Azərbaycan ərazisində yayılmış palçıq vulkanlarında müşahidələr aparmaq, onların fəaliyyətini izləmək, faydaları ilə tanış olmaqdır.