BDU-nun riyaziyyatçı alimi TÜBİTAK layihəsinin elmi məsləhətçi təyin olunub
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakultəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimov Türkiyə Elm və Texnologiya Komitəsinin (TÜBİTAK) ən nüfuzlu layihələrindən olan 1001 kodlu “Yarım toxunan laylanmalarda tenzor strukturlar və lift tətbiqləri” adlı araşdırma layihəsinə elmi məsləhətçı təyin olunub. Layihədə professor Arif Səlimovun Türkiyədə yetişdirdiyi elm adamları çalışacaqlar.
Layihədə mürəkkəb laylanma sinfinə daxil olan yarım toxunan laylanmalarda tenzorlarla təyin edilmiş diferensial-həndəsi strukturlar və bunlarla bağlı olan lift məsələrinə tətbiqlər araşdırılacaq.